Kanadada meşə yanğınlarının sahəsi genişlənir

Kanadada meşə yanğınlarının sahəsi genişlənir
# 06 iyun 2023 06:19 (UTC +04:00)

Paytaxt Ottavanın səması şəhərdən 150 km qərbədək, eləcə də qonşu Kvebek əyaləti meşə yanğınlarına görə tüstü ilə örtülüb.

APA xəbər verir ki, Kanadanın Milli Hava Bürosunun bazar ertəsi Ottavada havanın vəziyyəti ilə bağlı yaydığı məlumata görə, çirklənmə səviyyəsi 10 ballıq şkala üzrə 5 bal olaraq qiymətləndirilir. Bu, "orta çirklənmə"yə uyğundur.

Mütəxəssislərin proqnozuna görə, çirklənmə çərşənbə axşamı gecəsi 7 bala qədər yüksələ bilər.

Ölkədə 26 min nəfər təxliyə edilib, 413 meşə yanğını qeydə alınıb, onlardan 249-da xilasedicilər hələ də alovun yayılmasının qarşısını ala bilməyib. Yanğınların ümumi sahəsi hələ müəyyən edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR