Paraqvayın vitse-prezidenti istefa verəcək

Paraqvayın vitse-prezidenti istefa verəcək
# 12 avqust 2022 21:24 (UTC +04:00)

Paraqvayın vitse-prezidenti Uqo Velaskes istefa verəcəyini açıqlayıb.

APA xəbər verir ki, o, bu barədə “Monumental” radiosuna müsahibəsində bildirib.

Velaskesin sözlərinə görə, ABŞ-ın ona qarşı sanksiyalar tətbiq etməsi xəbəri “soyuq duş” effekti verib.

“Mən vitse-prezident vəzifəsindən istefa verəcəm”,- deyə o bildirib.

Bundan əlavə, o, prezidentliyə namizədliyindən də geri çəkiləcəyini deyib.

Agentliyin məlumatına görə, ABŞ Velaskesi korrupsiyada ittiham edib və ona qarşı sanksiyalar tətbiq edib.

ABŞ dövlət katibi Entoni Blinkenin sözlərinə görə, vitse-prezidentin yaxın adamı Karlos Duarte Velaskesə və onun maliyyə maraqlarına təhlükə yaradan istintaqa mane olmaq üçün məmura rüşvət təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR