Pentaqon: Rusiya son həftədə Ukraynaya 17 batalyon taktiki qrup yerləşdirib

Pentaqon: Rusiya son həftədə Ukraynaya 17 batalyon taktiki qrup yerləşdirib
# 20 aprel 2022 22:55 (UTC +04:00)

Rusiya qüvvələri son həftə ərzində Ukraynaya 17 əlavə batalyon taktiki qrup (BTQ) yerləşdirib.

APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmisi bildirib.

Qeyd edilib ki, son 24 saat ərzində Rusiya Ukraynaya 4 yeni BTQ cəlb edib ki, onlardan üçü ölkənin şərqinə - Donbas regionuna yerləşdirilib.

Bununla da Rusiyanın Ukraynanın daxilindəki BTQ-lərinin sayı 82-yə çatıb.

Pentaqon rəsmisi əlavə edib ki, bu BTQ-lərin hamısı yalnız piyadalardan ibarət deyil.

“Onlar fuksional baxımdan təşkilatlandırılıb. Bəziləri piyada, bəziləri artilleriya, bəziləri zirehli, mexanikləşdirilmiş və.s qruplardır” – məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR