Peruda pandemiya vaxtı 100 minədək uşaq valideynini itirib 

 Peruda pandemiya vaxtı 100 minədək uşaq valideynini itirib 
# 07 yanvar 2022 08:39 (UTC +04:00)

Covid-19 pandemiyası Peruda 98 mindən çox uşağın yetim qalmasına səbəb olub.
APA-nın xəbərinə görə, bunu Perunun Qadınlar üzrə naziri Anahi Düran bildirib. The Lancet jurnalına müsahibəsində nazir deyib ki, pandemiya vaxtı 98 mindən çox uşaq valideynini və ya himayəsində olduqları şəxsi itirib.

Statistikaya görə, 33 milyon əhalisi olan Peru hər milyon nəfərə düşən ölüm sayına görə dünyada birincidir. Pandemiyaya görə koronavirusdan hər milyon nəfərə 6122 ölüm faktı qeydə alınıb. Pandemiyanın üçüncü dalğasının yaşandığı ölkədə yoluxma sayı 2 milyon nəfəri, ölü sayı isə 203 mini keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR