Azərbaycanın buğda idxalı 12% ucuzlaşıb

Azərbaycanın buğda idxalı 12% ucuzlaşıb
# 16 fevral 2023 12:15 (UTC +04:00)

Bu ilin yanvar ayı ərzində Azərbaycana 43 mln. 423 min dollar dəyərində 142 min 655.6 ton buğda idxal olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 33.7% və ya 10 mln. 948 min dollar, həcmi isə 52.2% və ya 48 min 951 ton artıb. 2022-ci ilin yanvar ayında ölkəyə 32 mln. 475 min dollar dəyərində 93 min 704 ton buğda gətirilib.

Qeyd edək ki, cari ilin yanvar ayında ölkəyə gətirilən buğdanın 1 tonun qiyməti 12% azalaraq 304 dollara bərabər olub. Bu göstərici ötən ilin yanvar ayında 346 dollar təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar ayında bugda idxalı Azərbaycanın ümumi idxalının 3.07%-nə bərabər olub.

Şükran Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR