Bağdadda "yaşıl zona" raket atəşinə tutulub

Bağdadda "yaşıl zona" raket atəşinə tutulub
# 21 dekabr 2020 07:42 (UTC +04:00)

İraqın paytaxtı Bağdadın “yaşıl zona” adlandırılan ərazisi raket atəşinə tutulub.

APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumata görə, bir sıra dövlət qurumları və ABŞ səfirliyi də daxil olmaqla xarici diplomatik nümayəndəliklərin yerləşdiyi bu bölgəyə azı üç raket mərmisi düşüb.

ABŞ səfirliyinin “Facebook” səhifəsində qeyd olunub ki, zərbələr nəticəsində diplomatik nümayəndəliyin ərazisinə az miqdarda ziyan dəyib, ancaq işçilər arasında xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR