Çavuşoğlu: “Haftarın Türkiyəyə qarşı təhdidlərini reallaşdırmasına imkan verməyəcəyik”

Çavuşoğlu: “Haftarın Türkiyəyə qarşı təhdidlərini reallaşdırmasına imkan verməyəcəyik”
# 29 dekabr 2020 15:32 (UTC +04:00)

“Liviya Milli Ordusunun başçısı Xəlifə Haftarın Türkiyəyə qarşı təhdidlərini reallaşdırmasına imkan verməyəcəyik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Soçidə keçirilən Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun VIII toplantısında iştirak edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, Türkiyənin müdafiə naziri Tripoliyə səfəri zamanı Haftarın cavabını verib.

“Haftar da daxil olmaqla heç kimin “Türkiyə Liviyadan ayrılsın” deməyə haqqı yoxdur. Bizim Liviya ilə tarixi bağlarımız var. Qərb ölkələrinin və Türkiyənin Liviya ilə bağlı mövqeyi fərqlidir. Biz ora ancaq Türkiyənin mənfəəti üçün yox, Liviyanın mənfəətləri üçün getdik. Liviyanın yenidən qurulmasına çox önəmli dəstəyimiz olub. Biz Liviyada da sülhün qarantı olmaq istəyirik”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR