Fəxrəddin Qoca: “Yayda COVID-19-un yoluxma riskinin azalmasına dair ehtimal özünü doğrultmadı”

Fəxrəddin Qoca: “Yayda COVID-19-un yoluxma riskinin azalmasına dair ehtimal özünü doğrultmadı”
# 24 iyun 2020 22:02 (UTC +04:00)

“Yay aylarında koronavirusun yayılma sürətinin düşməsi gözləntisi özünü doğrultmadı. Bu aylarda COVID-19-un yoluxma riskinin azalmasına aid elmi dəlillər də yoxdur”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri ilə bağlı yaradılan Elm Qurumunun toplantısından sonra bildirib.

Nazir deyib ki, koronavirusun yoluxma sayının Türkiyədə 1000-dən aşağı endiyi halda, sonradan 1500-ə qədər artması da buna sübutdur.

F.Qoca deyib ki, hazırda ölkəsində COVID-19-un ikinci dalğa ilə yayılması gözlənmir.

Nazir onu da bildirib ki, həkim olmaq istəyən abituriyent sayı Türkiyədə bu il daha çoxdur. Nazir ali məktəblərə qəbul imtahanlarının tezləşdirilməsini Ümumdünya Səhiyyə Təşkilatının sentyabr ayından xəstəliyin yayılacağı ehtimalı ilə əlaqələndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR