İranın Fars əyalətində iki zəlzələ qeydə alınıb

İranın Fars əyalətində iki zəlzələ qeydə alınıb
# 14 iyun 2020 09:15 (UTC +04:00)

İranın Fars əyalətində 4,6 və 4,7 bal gücündə iki zəlzələ baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Tehran Universitetinin Geofizika İnstitutunun Seysmologiya Mərkəzindən bildirilib.

Yeraltı təkanlar gecə yarısı Fars əyalətinin Birəm bölgəsində 9 və 11 km dərinlikdə qeydə alınıb. Zəlzələ əhali arasında təşvişə səbəb olub. Sakinlər küçədə gecələyib. Dağıntı və tələfat haqda məlumat verilməyib.

Xatırladaq ki, iyunun 9-da bu bölgədə 5,1 bal gücündə zəlzələ baş vermişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR