Millət vəkili Camal Enginyurt MHP-dən çıxarılıb

Millət vəkili Camal Enginyurt MHP-dən çıxarılıb
  • Clock-gray 14:49
  • calendar-gray 30 İyul 2020

Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) Mərkəzi İntizam Komissiyası Ordu millət vəkili Camal Enginyurtun partiyadan çıxarılması barədə qərar qəbul edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Mərkəzi İntizam Komissiyasının sədri, millət vəkili Halil Öztürk bildirib.

O deyib ki, 21 iyul tarixində C. Enginyurtun partiyadan çıxarılması tələbi irəli sürülüb və bu gün komissiyanın iclasında onun partiyadan çıxarılmasına dair qərar verilib.

Qeyd edək ki, C. Enginyurt fındıq istehsalçılarının hüquqlarının müdafiəsi və Orduda fındıq qiymətlərinin tənzimlənməsi ilə əlaqədar fikirlər səsləndirib. Bundan sonra MHP-nin Mərkəzi İntizam Komissiyasında onun partiyadan çıxarılması məsələsi müzakirəyə çıxarılıb.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər