Mövlud Çavuşoğlunun 3 dövlətin rəsmiləri ilə telefon danışığı olub

Mövlud Çavuşoğlunun 3 dövlətin rəsmiləri ilə telefon danışığı olub
# 22 may 2020 06:14 (UTC +04:00)

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu 3 diplomatik görüş keçirib.

APA-nın yerli bürosuna Türkiyə XİN-dən verilən məlumata görə, nazirin İraqın Baş naziri Mustafa əl-Kazımi, İordaniya Xarici işlər naziri Eymen əs-Safedi və Liviya Xarici işlər naziri Məhəmməd ət-Tahir Səyyalə ilə ayrı-ayrılıqda telefon söhbəti olub.

Çavuşoğlu Kazımi ilə ikitərəfli əlaqələr, regional məsələlər və terrorla mübarizədə əməkdaşlıq mövzularında müzakirələr aparıb. Nazir İraq rəsmisinə Türkiyə Prezidentinin İraqa dəstəyinin davam edəcəyi mesajını da çatdırıb.

Çavuşoğlu iordaniyalı həmkarı ilə Fələstin mövzusunda danışıb.

Türkiyənin XİN rəhbəri Liviyalı həmkarı ilə hansı mövzuda danışıqlar aparması haqda isə məlumat verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR