Özbəkistan gələn ay Belarus, Qazaxıstan, BƏƏ və Türkiyəyə aviareysləri bərpa etmək niyyətindədir

Özbəkistan gələn ay Belarus, Qazaxıstan, BƏƏ və Türkiyəyə aviareysləri bərpa etmək niyyətindədir
# 29 avqust 2020 10:50 (UTC +04:00)

Özbəkistanın Nəqliyyat Nazirliyi sentyabr ayında Belarus, Qazaxıstan, BƏƏ və Türkiyəyə sərnişin aviareysləri üzrə müntəzəm uçuşları bərpa etməyi planlaşdırır.

APA-nın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, Özbəkistan hökuməti cari ilin martın 16-dan koronavirus təhlükəsi səbəbindən beynəlxalq uçuşları dayandırıb. Xarici və Özbəkistan ölkə vətəndaşları üçün xüsusi aviareyslər təşkil olunur.

"Sentyabrdan etibarən Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Belarus və Qazaxıstanla müntəzəm reyslərin bərpa edilməsi məsələsinə baxılır", - deyə Nəqliyyat Nazirliyinin saytında bildirilir.

Koronavirusla bağlı vəziyyətin daha ciddi olan ölkələrə isə xüsusi reyslərin yerinə yetirilməsi davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR