Türkiyədə bu gün koronavirusdan 65 nəfər vəfat edib

Türkiyədə bu gün koronavirusdan 65 nəfər vəfat edib
# 07 mart 2021 23:12 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 65 nəfər vəfat edib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 11 187 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7 785 ağır xəstələr isə 1 261 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 780 417 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 623 924 nəfər sağalıb, 29 030 nəfər isə həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR