Yaponiyada 5,4 maqnitudalı zəlzələ olub

Yaponiyada 5,4 maqnitudalı zəlzələ olub
# 07 fevral 2021 00:45 (UTC +04:00)

Yaponiyanın qərbindəki adaların sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Araşdırmalar Xidməti məlumat yayıb.

Zəlzələ Qrinviç vaxtı ilə 17:36-da (Bakı vaxtı ilə 21:36) qeydə alınıb. Zəlzələnin episentri Yaponiyanın Okinava prefekturasında, Yonaquni adasından təqribən 38 kilometr şimal-qərbdə, ocağı isə 107,7 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi də gözlənilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR