Yaponiyada polis helikopteri qəzaya uğrayıb, yaralılar var

Yaponiyada polis helikopteri qəzaya uğrayıb, yaralılar var
# 01 fevral 2020 06:49 (UTC +04:00)

Yaponiyanın şimal-şərqində, Fukusima prefekturasında polis helikopteri qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Yaponiyanın İctimai Televiziyasının məlumatına görə, helikopterin göyərtəsindəki 7 heyət üzvünün hamısı xəstəxanaya yerləşdirilib, bir nəfərin vəziyyəti ağırdır.

Hadisənin səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR