Cənubi Koreya helikopteri Yapon dənizində qəzaya uğrayıb, yeddi nəfər itkin düşüb

Cənubi Koreya helikopteri Yapon dənizində qəzaya uğrayıb, yeddi nəfər itkin düşüb
# 01 noyabr 2019 10:38 (UTC +04:00)

Cənubi Koreyaya məxsus yanğınsöndürmə helikopteri Yapon dənizi üzərində qəzaya uğrayıb.

APA-nın "Yonhap" agentliyinə istinadən verdiyi məlumata görə, helikopterin Seul və Tokio arasında mübahisə mövzusu olan Tokto adası yaxınlığında qəzaya uğraması nəticəsində 7 nəfər itkin düşüb.

Oktyabrın 31-də gecə qəzaya uğrayan, "Airbus" şirkətinin istehsalı olan EC225 helikopterində beş xilasedici və iki Cənubi Koreya vətəndaşı olub.

Axtarış işlərinə onlarla gəmi və helikopter cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR