Əfqanıstanda “Taliban”la toqquşmada 19 hərbçi həlak olub

Əfqanıstanda “Taliban”la toqquşmada 19 hərbçi həlak olub
# 22 aprel 2020 10:55 (UTC +04:00)

Əfqanıstanda “Taliban” hərəkatının üzvləri ilə toqquşmalarda ən azı 19 hərbçi həlak olub, 7 hərbçi isə yaralanıb.

APA-nın “Tolo News”a istinadən verdiyi xəbərə görə, toqquşmalar Sari-Pul, Lövgər və Qəndəhar vilayətlərində baş verib.

Toqquşmalarda 31 “Taliban” döyüşçüsü öldürülüb.

Bildirilib ki, Əfqanıstanda hökumət qüvvələri ilə “Taliban” hərəkatı arasında toqquşmalar intensivləşib.

Bundan başqa, ölkədə “İŞİD” terror təşkilatının təsirinin artdığı qeyd olunub.

Hazırda Əfqanıstanda terrorizmlə mübarizəyə qarşı genişmiqyaslı əməliyyat keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR