İranda hər il xərçəng xəstəliyinin müalicəsi üçün birbaşa və ya dolayısı ilə 900 milyon ABŞ dolları vəsait xərclənilir.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Səhiyyə nazirinin müavini İrəc Hərirçi deyib.
O bildirib ki, xərçəngə tutulanlardan 53 faizi kişi, 47 faizi isə qadınlardır.
İ.Hərirçi əlavə edib ki, İranda hər il 110 min nəfər xərçəng xəstəliyinə tutulur.
İranda hər il 110 min nəfər xərçəng xəstəliyinə tutulur
09 noyabr 2019 22:16 (UTC +04:00)