Ərdoğan: “Türkiyə, Rusiya və İranın əməkdaşlığı Suriyanın gələcəyini müəyyənləşdirəcək”

Ərdoğan: “Türkiyə, Rusiya və İranın əməkdaşlığı Suriyanın gələcəyini müəyyənləşdirəcək”
# 01 iyul 2020 16:00 (UTC +04:00)

“Suriyanın suverenliyi və ərazi bütövlüyünü qorumaq, regionda münaqişənin davamlı həlli Türkiyənin prioritetlərindəndir”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya münaqişəsinin nizamlanması ilə bağlı Astana formatı çərçivəsində keçirilən Rusiya, Türkiyə və İran dövlət başçılarının videokonfrans formatında keçirilən görüşündə deyib.

O bildirib ki, Türkiyə münaqişə başlayan andan Suriya xalqının yanında yer alıb və Suriyanın terror təşkilatları vasitəsilə parçalanmasına mane olub: “Qonşu Suriyada sülh, təhlükəsizlik və sabitliyə nail olmaq üçün Türkiyə bu dəstəyini davam etdirəcək. Astana protokolunun qarantı olan üç ölkənin əməkdaşlığı Suriyanın gələcəyini müəyyənləşdirəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR