Akar: Türkiyə Suriyada koalisiya qüvvələrinə zərər vurmaq niyyətində deyil

Hulusi Akar

© APA | Hulusi Akar

# 25 noyabr 2022 11:22 (UTC +04:00)

Türkiyə Suriyada koalisiya qüvvələrinə və ya mülki şəxslərə zərər vurmaq niyyətində deyil.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

O qeyd edib ki, Türkiyənin tək hədəfi var, o da terrorçulardır.

“Terrorçu haradadırsa, hədəfimiz də budur. Ən mühüm prinsipimiz mülki şəxslərə və ətraf mühitə zərər verməməkdir. Ölkəmizin və millətimizin hüquq və haqlarını hər yerdə müdafiə edirik. Bununla belə, Kipr, Azərbaycan, Liviya kimi dost və qardaş ölkələrin haqlı işlərində onların yanında olmağa davam edirik”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR