Ərdoğanın sözçüsü: "İranın bəzi ermənipərəst mövqeyi Azərbaycan kimi bizi də narahat edir" - YENİLƏNİB

Ərdoğanın sözçüsü: "İranın bəzi ermənipərəst mövqeyi Azərbaycan kimi bizi də narahat edir"  - YENİLƏNİB
# 04 yanvar 2023 01:01 (UTC +04:00)

“İranda baş verənlər üzücü və narahatedicidir”.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın NTV telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, İranda əxlaq polisi ilə bağlı bəzi müzakirələr başladı.

“Ümid edirəm ki, bu, əsas hüquq və azadlıqları qoruyan bir struktura çevriləcək. İran administrasiyasının bu istiqamətdə qətiyyətinin olduğunu görürük. İranın bəzi ermənipərəst mövqeyi Azərbaycan tərəfi kimi bizi də narahat edir”,- deyə Kalın bildirib.

Onun sözlərinə görə, bunlar İran tərəfi ilə müzakirə olunur.

***

Saat 00:14

Ankara İranda baş verən hadisələrdən narahatdır və bununla bağlı rəsmi Tehranın qətiyyətini görür.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın NTV telekanalına müsahibəsində deyib.

“Biz də Bakı kimi İran tərəfinin bəzi bəyanatlarından narahatıq. Bu baxımdan üçtərəfli formatda danışıqlar bütün bu məsələləri həll edə bilər”, - deyə Kalın bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR