İranda binada partlayış olub, 2 nəfər ölüb

İranın Kirmanşah əyalətinin Pavə şəhərində 3 mərtəbəli binada partlayış

© APA | İranın Kirmanşah əyalətinin Pavə şəhərində 3 mərtəbəli binada partlayış

# 09 iyun 2022 11:34 (UTC +04:00)

İranın Kirmanşah əyalətinin Pavə şəhərində 3 mərtəbəli binada partlayış olub.

APA-nın Tehran bürosu xəbər verir ki, partlayışa qaz sızmasının səbəb olduğu bildirilir.

Məlumata görə, binanın uçması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Binanın dağıntıları altında qalanların axtarışları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR