İranda koronavirusdan ölənlərin sayı 131 572-ə çatıb

İranda koronavirusdan ölənlərin sayı 131 572-ə çatıb
# 30 dekabr 2021 15:26 (UTC +04:00)

İranda ötən sutka ərzində 45 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 131 572 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 1 936 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 192 698 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR