İranda tozlu havaya görə məktəblərdə dərslər dayandırılıb

İranda tozlu havaya görə məktəblərdə dərslər dayandırılıb
# 30 aprel 2022 04:40 (UTC +04:00)

Tozlu hava şəraitinə görə İranın Xuzestan əyalətində ibtidai siniflər üçün dərslər dayandırılıb.

APA-nın Tehran bürosunun məlumatına görə, dərslər aprel ayının 30-da əyalətin 6 şəhərində Azadeqan, Huveyzə, Həmidiyyə, Əhvaz, Karantin və Bavə şəhərlərində dayandırılıb.

Qeyd edək ki, son bir neçə həftədir ki İranın müxtəlif şəhərlərində güclü külək havanın tozlu və çirkli olmasına səbəb olub.

Çirkli hava şəraitinə görə paytaxt Tehranda və bəzi şəhərlərdə məktəblər və dövlət idarələri tətil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR