İranda Uels üzərində qələbə münasibətilə 709 məhkum azadlığa buraxılıb

İranda Uels üzərində qələbə münasibətilə 709 məhkum azadlığa buraxılıb
# 29 noyabr 2022 15:10 (UTC +04:00)

“Qətər-2022” Dünya Çempionatında İran yığmasının Uels üzərində 2-0 qələbə qazanması münasibətilə bu ölkədə 709 məhkum azadlığa buraxılıb.

APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə İranın Ədliyyə İdarəsinin rəhbəri Qulamhüseyn Möhsini Ejeyi sərəncam imzalayıb.

Sərəncam ölkənin 12 vilayətindəki cəzaçəkmə müəssisələrinə şamil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR