Mərakeşdə zəlzələdə ölənlərin sayı 2122 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
Qeyd olunub ki, yaralı sayı 2400 nəfərdir
Fəlakət zonasında axtarış-xilasetmə işləri davam etdirilir.
***
Saat 01:58
Mərakeşdə zəlzələdə ölənlərin sayı 2012 nəfərə çatıb, 2059 yaralı var.
APA xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Fəlakət zonasında axtarış-xilasetmə işləri davam etdirilir. Ölü sayının artacağı ehtimal edilir.
***
23.10
Mərakeşdə zəlzələdə ölənləri sayı 1 305 nəfərə çatıb, 1830-dan çox yaralı var.
APA xəbər verir ki, bu barədə Mərakeş Krallığının televiziyası məlumat yayıb. Ölənlərin sayının artacağı istisna edilmir.
Fəlakət zonasında axtarış-xilasetmə işləri davam etdirilir.
***
17.09
Mərakeşdə zəlzələdə ölənləri sayı 1000-i keçib, 1200-dən çox yaralı var.
APA xəbər verir ki, Mərakeş Krallığının televiziyası zəlzələdə 1037 nəfərin həyatını itirdiyi, 1204 nəfərin yaralandığı barədə məlumat yayıb.
Axtarış-xilasetmə işləri davam etdirilir.
***
14.14
Mərakeşdə zəlzələdə ölənlərin sayı 820-yə çatıb.
APA xəbər verir ki, bu barədə “France24” Mərakeşin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. Azı 672 nəfər yaralı olduğu bildirilib.
***
10:46
Mərakeşdə zəlzələdə ölənlərin sayı 632-yə çatıb.
APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Zəlzələ nəticəsində 329 nəfər xəsarət alıb.
Qeyd edək ki, sentyabrın 9-na keçən gecə Mərakeşdə 7 maqnitadalı zəlzələ baş verib.
Zəlzələnin episentri Mərakeş şəhərindən 77 km uzaqlıqda, 10 km dərinlikdə olub.
Yeraltı təkanlar şimalda yerləşən paytaxt Rabatdan cənubda yerləşən Sidi-İfni şəhərinə qədər 400 km radiusda hiss olunub.
Mərakeş şəhərində bir neçə yaşayış binası və müxtəlif tikililər uçub.
Dağıntılar altında qalanlar var. Ölü sayının artacağı ehtimal edilir.
Axtarış xilasetmə işləri davam etdirilir.
***
06.40
Mərakeşdə baş verən güclü zəlzələdə ölənlərin sayı artıb.
APA "Goud" nəşrinə istinadən xəbər verir ki, indiyədək 296 nəfərin öldüyü bildirilib.
Təbii fəlakət nəticəsində 153 nəfərin xəsarət aldığı da bildirilir.
Mərakeş Daxili İşlər Nazirliyinin məlumatına görə, onların hamısı xəstəxanaya yerləşdirilib.
***
Saat 06:32
Mərakeşdə baş verən güclü zəlzələdə ölənlərin sayı 100 nəfəri ötüb.
APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
***
Saat 05:48
Mərakeşdə baş verən zəlzələ nəticəsində 93 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.
Əl-Hövz bölgəsində 73 nəfər dağıntılar altında qalaraq dünyasını dəyişib.
***
Saat 02:59
Mərakeşdə 7 maqnitudadlı zəlzələ olub.
APA xəbər verir ki, bu barədə yerli telekanallar məlumat yayıb.
Zəlzələ ocağı yerin 6,21 kilometr dərinliyində olub.
Dağıntı barədə məlumat yoxdur.