Mövlud Çavuşoğlu Yaponiyaya səfər edəcək

Mövlud Çavuşoğlu, Türkiyənin xarici işlər naziri

© APA | Mövlud Çavuşoğlu, Türkiyənin xarici işlər naziri

# 25 sentyabr 2022 10:56 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yaponiyaya səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Mövlud Çavuşoğlu Yaponiyanın sabiq baş naziri Abe Şinzonun dəfn mərasimində iştirak etmək üçün 26-27 sentyabr tarixlərində Yaponiyaya səfər edəcək.

Səfər çərçivəsində Mövlud Çavuşoğlunun Yaponiya xarici işlər naziri Hayaşi Yoşimasayla da görüşü nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR