Almaniyada avtomobil piyadaları vurub, yaralılar var

Almaniyada avtomobil piyadaları vurub, yaralılar var
# 24 fevral 2020 22:22 (UTC +04:00)

Almaniyanın Folkmarzen şəhərində avtomobilin karnaval iştirakçılarının üzərinə sürülməsi nəticəsində azı 30 nəfər xəsarət alıb.

APA “TASS”-a istinadən xəbər verir ki, polis hadisəni törədən “Mercedes” markalı avtomobilin sürücüsünü saxlayıb.

Avtomobil dayanana qədər təqribən 30 metr məsafə qət edib. Şahidlərin sözlərinə görə, sürücü avtomobili insanların üzərinə sürdükdən sonra ayağını pedala basmağa davam edib. Onun bunu qəsdən edib-etmədiyi aydınlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR