Avropa Parlamentinin binası xəstəxana kimi istifadə edilə bilər

Avropa Parlamentinin binası xəstəxana kimi istifadə edilə bilər
# 03 aprel 2020 11:22 (UTC +04:00)

Avropa Parlamenti Brüssel şəhərindəki binalarından birinin, eləcə də nəqliyyat vasitələrinin koronavirusla mübarizədə yardım məqsədi ilə istifadəsini təklif edib.

APA-nın "politica.eu"ya istinadən verdiyi xəbərə görə, bu barədə Parlamentin sözçüsü Jaume Duch Guillot bildirib.

O deyib ki, bu təklifi Parlamentin baş katibi Klaus Welle irəli sürüb.

Təklifə əsasən Parlamentin əsas binasına yaxın ərazidə yerləşən Meeus meydanındakı Helmut Kolun adını daşıyan digər binadan, həmçinin 100-ə yaxın maşın və digər nəqliyyat vasitəsindən istifadə etməyə icazə verilir.

”Parlamentin prezidenti David Sassoli bir neçə gündür Parlamentin necə kömək edə biləcəyini araşdırır. Bina qayğıya ehtiyacı olan insanlar üçün xəstəxana və ya müvəqqəti yaşayış yeri kimi istifadə edilə bilər. Sürücülər isə yemək və ya dərman almağa kömək edə bilər", - deyə Parlamentin sözçüsü qeyd edib.

Parlamentin Prezidenti David Sassolinin koronavirusun yayılmasının qarşısını almaq istiqamətində gördüyü təbirlər çərçivəsində artıq bir müddətdir ki, Parlament binalarına ziyarətçilərin girişi dayandırılıb və əksər işçilər evlərinə göndərilib, ona görə də Parlamentin binaları boşdur.

Avropa Parlamentinin sözçüsü əlavə edib ki, onlar Belçikaya kömək etməyin digər variantlarını da araşdırır, Strasburq və Lüksemburqda da oxşar yardımı göstərməyi düşünürlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR