Baş direktor: "ÜST ABŞ və digər ölkələrdən heç nə gizlətmir"

Baş direktor: "ÜST ABŞ və digər ölkələrdən heç nə gizlətmir"
  • Clock-gray 06:47
  • calendar-gray 21 Aprel 2020

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus təşkilatın ABŞ və digər ölkələrdən heç bir şey gizlətmədiyini bildirib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə o, Cenevrədə keçirilən brifinqdə danışarkən deyib və təşkilatın ABŞ-da Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərinin mütəxəssisləri ilə sıx əməkdaşlıq etdiyini də xatırladıb.

“ÜST-də heç bir sirr yoxdur, çünki söhbət insan həyatından gedir. Eyni zamanda, amerikalı mütəxəssislərlə əməkdaşlıq ABŞ-dan heç bir şeyin gizlədilməməsi deməkdir”, - deyə ÜST rəhbəri izah edib.

apa-logo-mini

Digər xəbərlər