Fransa, Almaniya və İsveç diplomatları Rusiya XİN-ə çağırılıblar

Fransa, Almaniya və İsveç diplomatları Rusiya XİN-ə çağırılıblar
# 22 dekabr 2020 13:06 (UTC +04:00)

Fransa, İsveç və Almaniyanın Rusiyadakı səfirliklərinin diplomatları bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Fransanın Rusiyadakı səfiri Pierre Levi, İsveç səfirliyinin nümayəndəsi və Almaniya səfirinin müavini Beate Qjeski Rusiya XİN-ə dəvət olunublar.
Bildirilib ki, diplomatlar Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyalar və Rusiyanın müxalifət liderlərindən olan Aleksandr Navalnının zəhərlənməsi məsələsi ilə əlaqədar çağırılıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR