Fransada COVID-19 diaqnozu ilə ölənlərin sayı 29 575-ə çatıb

Fransada COVID-19 diaqnozu ilə ölənlərin sayı 29 575-ə çatıb
# 18 iyun 2020 06:58 (UTC +04:00)

Fransada koronavirusdan ölənlərin sayı 29 575-ə çatıb, sutka ərzində 28 nəfər xəstəxanalarda vəfat edib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Fransada epidemiya başlayandan bəri 29 575 nəfər virusun qurbanına çevrilib, onlardan 19 118-i xəstəxanalarda ölüb”, - məlumatda belə deyilir.

Hazırda xəstəxanalarda 10 297 nəfərin müalicəsi davam edir. Son 24 saatda daha 116 nəfər xəstəxanaya yerləşdirilib. Reanimasiyalarda 772 xəstə var, son sutkada buraya 14 nəfər də daxil olub.

Epidemiyanın başlanğıcından bəri Fransada 103,5 min xəstəxanaya müraciət edib. 73,6 mindən çox fransalı isə sağalaraq evinə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR