Fransada COVID-19 diaqnozu ilə ölənlərin sayı açıqlanıb

Fransada COVID-19 diaqnozu ilə ölənlərin sayı açıqlanıb
# 08 iyul 2020 02:56 (UTC +04:00)

"Fransada koronavirusdan ölənlərin sayı 30 minə yaxınlaşır, xəstəxanalarda təxminən 7,6 min xəstə var".

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

"Fransada epidemiya başlayandan bəri 29 933 nəfər virusun qurbanına çevrilib, onlardan 19 457-si xəstəxanalarda, 10 476-sı isə sosial və tibbi-sosial müəssisələrdə ölüb", - məlumatda belə deyilir.

Hazırda xəstəxanalarda 7594 nəfərin müalicəsi davam edir. Son 24 saatda daha 127 nəfər COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Reanimasiyalarda 538 xəstə var, son sutkada buraya 21 nəfər də daxil olub. Eyni zamanda, reanimasiyada olan xəstələrin sayı bazar ertəsi ilə müqayisədə 10 nəfər azalıb.

Epidemiyanın başlanğıcından bəri Fransada 105 mindən çox insan xəstəxanaya müraciət edib, onların 18,4 mini reanimasiyaya yerləşdirilib. Sağalaraq evinə buraxılan fransızların sayı 77,6 mindən çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR