Fransada helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb - YENİLƏNİB

Fransada helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb - YENİLƏNİB
  • Clock-gray 04:17
  • calendar-gray 09 Dekabr 2020

Fransanın şərqindəki Savoyya departamentində helikopterin qəzaya uğraması nəticəsində altı nəfərdən beşi ölüb.

APA xəbər verir ki, bu barədə “BFM” telekanalı departamentin prefekturasına istinadən məlumat yayıb.

Məlumata görə, sağ qalan pilotun vəziyyəti ağırdır. O, vaxtında katapult oluna bilib.

İnsidentin səbəbləri hələlik məlum deyil.

***

Saat 01:21

Fransanın şərqindəki Savoyya departamentində içərisində altı nəfərin olduğu helikopter qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə “BFM” telekanalı departament prefekturasının nümayəndəsinə istinadən məlumat yayıb.

“Fransa hava naviqasiya xidmətinə məxsus helikopter Paris vaxtı ilə təxminən saat 19:00-da (Bakı vaxtı ilə 22:00) qəzaya uğrayıb. Helikopterdə xidmətin dörd əməkdaşı və iki xilasedici olub”, - məlumatda belə deyilir.

Məlumata görə, hadisə Albervilya yaxınlığında, 1800 metr yüksəklikdə baş verib. Bildirilir ki, helikopterin pilotu həyəcan siqnalı verilib. Hazırda xilasedicilər helikopterin göyərtəsində olanları axtarır. Genişmiqyaslı əməliyyatda müxtəlif xidmətlərin 40-dan çox nümayəndəsi və üç helikopter iştirak edir.

apa-logo-mini

Digər xəbərlər