Bank Of Baku

Fransada koronavirusdan ölənlərin sayı 20,7 mini keçib

Fransada koronavirusdan ölənlərin sayı 20,7 mini keçib
# 21 aprel 2020 23:06 (UTC +04:00)

“Fransada COVID-19 epidemiyası son sutka ərzində 531 nəfərin ölümünə səbəb olub”. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa Baş Səhiyyə İdarəsinin baş direktoru Jerome Salomon keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, bu günə qədər ölənlərin sayı 20796 nəfər olub: "Onlardan 12 900 nəfəri xəstəxanalarda,  digər 7896 nəfəri isə qocalar evlərində, digər tibbi və sosial müəssisələrdə ölüb”.

Baş direktorun sözlərinə görə, xəstəxanaya yerləşdirilənlərin sayı 30 106 nəfərə çatıb: “Hazırda reanimasiyada 5443 nəfər var. Son 13 gün ərzində reanimasiyada olanların sayında azalma müşahidə olunub. Ölkə üzrə COVID-19 infeksiyasına yoluxanların sayı ümumilikdə 117 324 nəfərdir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR