Gürcüstan prezidenti ölkədə fövqəladə hal elan edilməsini dəstəkləyib

Gürcüstan prezidenti ölkədə fövqəladə hal elan edilməsini dəstəkləyib
# 21 mart 2020 15:51 (UTC +04:00)

Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə fövqəladə hal elan edilməsini dəstəkləyib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə prezident xalqa canlı video müraciəti zamanı bildirib.

"Konstitusiyanın 71-ci maddəsinə əsaslanaraq, baş nazirin müraciəti əsasında ölkə ərazisində fövqəladə hal rejiminin elan edilməsi barədə fərman imzalayacam", - deyə prezident bildirib.

Sənəd dəstəklənməsi üçün parlamentə təqdim ediləcək. Yekun qərar parlamentin 16:30-da keçiriləcək iclasında qəbul ediləcək.

Qeyd edək ki, Gürcüstanda hazırda 48 nəfərdə koronavirusa yoluxma təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR