Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı rayonun meri istefa verib

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı rayonun meri istefa verib
# 09 mart 2020 13:31 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Kaspi rayonunun meri Manuçar Merebaşvili istefa verib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə mer özünün sosial media hesabında məlumat paylaşıb. O bildirib ki, yaxın günlərdə fəaliyyətini hansı sahədə davam etdirəcəyinə qərar verəcək. Mer özəl sektordan bəzi təkliflər aldığını açıqlayıb.

Qeyd edək ki, M. Merebaşvili 2017-ci ildən Kaspi rayonunun meridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR