Gürcüstanda bərbərxanalar və gözəllik salonları mayın 18-dən etibarən açılacaq.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxaria bildirib.
Baş Nazir qeyd edib ki, ölkədəki epidemioloji vəziyyət bəzi məhdudiyyətlərin götürülməsi üçün imkan yaradır.