Gürcüstanda komendant saatı qüvvədə saxlanılıb

Gürcüstanda komendant saatı qüvvədə saxlanılıb
# 18 mart 2021 15:00 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbi ilə elan edilmiş komendant saatının tətbiqi qüvvədə saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasının rəhbəri İlia Darçiaşvili məlumat verib.

Onun sözlərinə görə, Qurumlararası Koordinasiya Şurası komendant saatının tətbiqinin davam etdirilməsi barədə qərar qəbul edib.

Məlumatda qeyd olunub ki, hökumət ölkədəki epidemioloji vəziyyəti monitorinq edir və vəziyyətdən asılı olaraq qərar qəbul ediləcək.

Qeyd edək ki, Gürcüstanda həftənin bütün günləri ərzində 21:00-dan 05:00-dək komendant saatı tətbiq edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR