Gürcüstanda koronavirusa yoluxanların sayı 252 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 252 nəfərə çatıb
# 12 aprel 2020 11:01 (UTC +04:00)

Gürcüstanda yeni tip koronavirusa (Covid-19) yoluxanların sayı 252 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə “StopCov” saytında məlumat yerləşdirilib.

Ötən sutka ərzində 19 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb.

Xatırladaq ki, Gürcüstanda ilk dəfə koronavirusa yoluxma fevralın 26-da aşkarlanıb. İndiyə qədər 60 nəfər müalicə olunaraq sağalıb, 3 xəstə həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR