Gürcüstanda koronavirusa yoluxanların sayı 864 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 864 nəfərə çatıb
# 14 iyun 2020 11:57 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) daha 13 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 864 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 3026 nəfər karantində saxlanılır, 297 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 703 nəfər sağalıb, 14 nəfər isə dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR