İspaniyada narkotik daşımaq üçün hazırlanmış sualtı qayıq aşkarlanıb

İspaniyada narkotik daşımaq üçün hazırlanmış sualtı qayıq aşkarlanıb
# 14 mart 2021 18:01 (UTC +04:00)

İspaniyanın Malaqa şəhərində narkotik vasitələrin daşınması üçün istifadə edilən əldəqayırma sualtı qayığın olduğu anqar aşkarlanıb.

APA-nın xəbərinə görə, bu barədə İspaniya polisinin saytında məlumat yerləşdirilib.

Sualtı qayıq eyni vaxtda 5 Avropa ölkəsinin və Evropol-un birgə əməliyyatı nəticəsində aşkarlanıb. Əməliyyat zamanı 52 nəfər saxlanılıb, 22 ton narkotik vasitə götürülüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hesab edirlər ki, 9 metr uzunluqdakı sualtı qayıq kokain və həşiş daşınması üçün hazırlanıb. Sualtı qayıq nəzərə çarpmadan 2 tona qədər narkotik vasitəni daşımağa imkan verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR