Luvr muzeyinin iyulun əvvəlində açılışı gözlənilir

Luvr muzeyinin iyulun əvvəlində açılışı gözlənilir
# 30 may 2020 03:20 (UTC +04:00)

Dünyanın ən çox ziyarət edilən Luvr muzeyinin iyulun 6-da açılışı planlaşdırılıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fransanın Baş naziri Edouar Filipp açıqlamasında bildirib.

O qeyd edib ki, mayın 2-dən etibarən muzeylərin, sonrakı mərhələdə - həftə sonu bağçalar və parkların açılması planlaşdırılıb: “Luvr Muzeyi, Tyuilri, Karuzel bağçaları və Ejena Delakrua Milli Muzeyi açılışa hazırlaşır”.

Qeyd edək ki, Luvr muzeyi pandemiya səbəbindən martın 13-də bağlanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR