Mövlud Çavuşoğlu sabah İraqa səfər edəcək

Mövlud Çavuşoğlu sabah İraqa səfər edəcək
# 08 yanvar 2020 13:25 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İranın xarici işlər naziri Cavad Zərif arasında telefon söhbəti olub.

APA-nın yerli bürosunun Türkiyə Xarici İşlər Nazirliyinə istinadla verdiyi xəbərə görə, telefon söhbətində regionda yaşanan vəziyyət müzakirə olunub. M. Çavuşoğlu bu gün Ukraynanın Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanındakı sərnişin təyyarəsində baş verən faciəli qəzada ölənlərlə bağlı başsağlığı verib.

M. Çavuşoğlu bu gün telefonda Ukraynanın xarici işlər naziri Vadim Pristaykona da başsağlığı verib.

Qeyd edək ki, CNN-Türk televiziyası M. Çavuşoğlunun sabah İraqa səfər edəcəyini bildirib. Səfərin məqsədi regiondakı gərginliklə əlaqədar müzakirələr aparmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR