Nazir: "COVID-19 əleyhinə vaksin olunmuş əcnəbilər Gürcüstana sərbəst daxil ola biləcək"

Nazir: "COVID-19 əleyhinə vaksin olunmuş əcnəbilər Gürcüstana sərbəst daxil ola biləcək"
# 29 yanvar 2021 13:17 (UTC +04:00)

İstənilən ölkənin vətəndaşı COVID-19 əleyhinə hər iki doza vaksinin vurulmasını və ya tam vaksin edildiyini göstərən sənədi sərhəd-keçid məntəqəsində təqdim edərək Gürcüstana daxil ola biləcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava keçirdiyi brifinqdə bildirib.

Nazir qeyd edib ki, bura istehsalçı firmadan asılı olmayaraq istənilən vaksin daxildir.

Vaksin olunmamış xarici ölkə vətəndaşlarına gəlincə isə N. Turnava qeyd edib ki, Avropa İttifaqı, İsrail, İsveçrə, ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ vətəndaşları və rezidentləri Gürcüstana daxil olarkən son 72 saat ərzində edilmiş “PZR” testinin neqativ cavabını təqdim etməlidir. Ölkəyə daxil olduqdan 3 gün sonra isə həmin ziyarətçilər yenidən “PZR” testindən keçməlidir.

Nazir məsələ ilə əlaqədar hava yolu şirkətlərinə müraciət edərək Gürcüstanda tətbiq ediləcək qaydaları nəzərə almağa və son 72 saat ərzində edilmiş “PZR” testini təqdim edə bilməyən sərnişinləri təyyarəyə buraxmamağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR