Portuqaliyada son sutkada 21 nəfər koronavirusdan ölüb

Portuqaliyada son sutkada 21 nəfər koronavirusdan ölüb
  • Clock-gray 16:15
  • calendar-gray 20 Aprel 2020

Portuqaliyada son sutka ərzində yeni növ koronavirusa 657 yoluxma halı qeydə alınıb. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bununla da Portuqaliyada ümumi yoluxma halı 20 863 nəfərə çatıb.

Portuqaliyada son sutka ərzində 21 nəfər koronavirusdan ölüb.

Ölkədə koronavirusdan ölənlərin sayı 735 nəfər, xəstəlikdən sağalanların sayı isə 610 nəfərdir. 

Qeyd edək ki, Portuqaliyada fövqəladə vəziyyət mayın 2-dək uzadılıb. 

Mirmehdi Ağaoğlu

Digər xəbərlər