Rumıniyada müxalifət parlament seçkilərində qələbə qazanır

Rumıniyada müxalifət parlament seçkilərində qələbə qazanır
  • Clock-gray 07:31
  • calendar-gray 07 Dekabr 2020

Rumıniyada müxalif Sosial-Demokrat Partiyası bazar günü keçirilən parlament seçkilərində minimal fərqlə qələbə qazanır.

APA xəbər verir ki, bu barədə yerli KİV ekzit-poll nəticələri əsasında məlumat yayıb.

Sosial-Demokratlar 30,5%, hakim Milli Liberal Partiyası 29,8% seçici səsi toplayıb. Səslərin 15,9%-i ilə üçüncü yerdə USR-PLUS Center-Right Alyansı qərarlaşıb.

Eyni zamanda, milli liberalların lideri, Rumıniyanın hazırkı Baş naziri Lüdviq Orban partiyasının qələbə qazandığına inanır. O bildirib ki, ekzit-poll 19:30-dan sonra verilən səsverməsinin nəticələrini və xaricdə olan 260 min Rumıniya vətəndaşının səslərini nəzərə almayıb. Buna görə qalibi müəyyənləşdirmək üçün rəsmi nəticələri gözləmək lazım gələcək.

Ölkədə seçicilər 7136 namizəddən 136 senatora və 329 millət vəkilinə səs veriblər. KİV-in verdiyi məlumata görə, seçkilərdə seçici fəallığı 32% olub və bu, son 30 ildə ən aşağı göstəricidir.

apa-logo-mini

Digər xəbərlər