ÜST “Pfizer” şirkəti ilə COVID-19 peyvəndinin tədarükünə dair müqavilə imzalayıb

ÜST “Pfizer” şirkəti ilə COVID-19 peyvəndinin tədarükünə dair müqavilə imzalayıb
# 23 yanvar 2021 05:11 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “COVAX” proqramı çərçivəsində 40 milyon doza COVID-19 peyvəndini tədarük etmək üçün Pfizer/BioNTech ilə müqavilə imzalayıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Baş direktor qeyd edib ki, bundan əlavə, 150 milyon doza AstraZeneca/Oxford peyvəndinin çatdırılması gözlənilir: “COVAX” proqramı çərçivəsində peyvəndlərin paylanmasına fevral ayında başlanılacaq”.

“Pfizer”in İdarə Heyətinin baş icraçı direktoru Albert Burla bildirib ki, bu il 2 milyard doza peyvəndin göndərilməsi planlaşdırılıb: “Şirkət bu ilin birinci rübündə peyvəndlərin göndərilməsinə başlayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR