Xarici ölkələrdə yeni növ koronavirusdan ölən Türkiyə vətəndaşlarının sayı 124-ə çatıb

Xarici ölkələrdə yeni növ koronavirusdan ölən Türkiyə vətəndaşlarının sayı 124-ə çatıb
# 02 aprel 2020 22:04 (UTC +04:00)

“Xarici ölkələrdə koronavirus infeksiyasına yoluxub vəfat edən vətəndaşlarımızın sayı 124-dür. Vəfat edən vətəndaşlarımızın bəzi yaxınları, ailələri var ki, onları vətənə gətirmək istəyirlər, biz mümkün olduğu qədər dəstək olmağa çalışırıq”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Xarici İşlər naziri Mövlud Cavuşoğlu jurnalistlərə açıqlamasında belə deyib.

Nazir qeyd edib ki, yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində indiyədək 27 fərqli ölkənin xarici işlər nazirləri ilə əlaqə saxlayıb müzakirələr aparıblar, bütün dünyanın qlobal probleminə çevrilən bu məsələ ilə bağlı 3 dəfə də telekonfrans keçirilib.

Nazir qeyd edib ki, Türkiyə koronavirusla mübarizə tədbirləri çərçivəsində 23 ölkənin ehtiyaclarını qismən qarşılayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR