Avropanın şimalında rekord istilər qeydə alınır

Avropanın şimalında rekord istilər qeydə alınır
  • Clock-gray 16:51
  • calendar-gray 28 İyul 2019

Şimali Avropa ölkələrində rekord istilər qeydə alınır.

APA-nın "Ukrinform"a istinadən verdiyi məlumata görə, iyulun 27-də Norveçdə temperatur 1970-ci ildə qeydə alınan rekorda çatıb.

Norveçin şimalındakı Laksforsda temperatur 35,6 dərəcə olub ki, bu da 50 il əvvəl qeydə alınan rekorda bərabərdir. Meteoroloqlar ölkənin 20 məntəqəsində "tropik gecələr" qeydə alıblar.  Gecə ərzində temperatur 20 dərəcədən aşağı düşməyib. Qonşu İsveçin şimalındakı Markusvins şəhərində temperatur 34,8 dərəcəyə çatıb. Bu, 1945-ci ildən sonra uzaq şimalda qeydə alınan ən yüksək temperaturdur.

Bundan əvvəl Finlandiya polisi sürücülərə isti hava ilə əlaqədar su axtaran marallardan ehtiyatlı olmağa çağırıb.

Ekspertlər hesab edirlər ki, isti hava axını Yer kürəsinin ikinci böyük buz kütləsinin toplandığı Qrenlandiya adası istiqamətində hərəkət edə bilər.

Son günlər rekord temperatur Böyük Britaniya, Fransa, Belçika, Almaniya, Lüksemburq və Niderlandda da qeydə alınıb.

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date